Milli Yaylaq Festivalı
“Cavad Xan” Tarix və Mədəniyyət Fondunun və “Kap.az” – Fərqli Turizm MMC – nin təşəbbüsü ilə 29 – 31 iyul 2022 – ci il tarixlərində Göygöl rayonunun əsrarəngiz Sarıyal yüksəkliyinin Xan Yaylağı adlanan ərazisində “II Milli Yaylaq Festivalı” – genişmiqyaslı el şənliyi (etnoqrafik-mədəni-idman tədbiri) planlaşdırılır.

İyul ayının ortalarına kimi ərazidə “Xan Yaylağı” adlı orijinal üslubda etnoqəsəbənin yaradılması və digər hazırlıq işlərinin yekunlaşdırılması nəzərdə tutulur.

Milli Yaylaq Festivalı TİKA (Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi), Gənclər və İdman Nazirliyi, Dünya Etnoidman Konfederasiyası, Dövlət Turizm Agentliyi, Mədəniyyət Nazirliyi, Dövlət Məşğulluq Agentliyi, KOBİA, Kənd Təsərrüfatı Nazirliyi, Gəncə Şəhər İcra Hakimiyyəti, Göygöl Rayon İcra Hakimiyyətinin və digər dövlət və özəl qurumların tərəfdaşlığı və dəstəyi ilə keçiriləcək.

Layihənin məqsədi tarixi adət və milli ənənələrə söykənən ən böyük etnoqrafik-mədəni-idman tədbirlərindən birini doğma Azərbaycanımızda həyata keçirməklə, ölkənin və regionun sosial, iqtisadi, mədəni inkişafına dəstək olmaqdır.

Festivalın əsas hədəfləri dayanıqlı turizm məkanı olan orijinal etnoqəsəbə yaratmaqla, ölkədə müasir turizm sektoruna yenilik və unikallıq bəxş etmək, eyni zamanda hər il ənənəvi şəkildə “Milli Yaylaq Festivalı”nı təşkil etməklə, ölkəmizin turizm cazibədarlığının artırılmasına və beynəlxalq aləmdə tanıdılmasına töhfə verməkdir.

On minlərlə yerli və xarici ziyarətçinin qatılacağı proqnozlaşdırılan “II Milli Yaylaq Festivalı”-na 22 xarici ölkədən olan 300 nəfərə yaxın iştirakçının və fəxri qonaqların dəvəti nəzərdə tutulur.

İlk “Milli Yaylaq Festivalı” 2019-cu il 26-28 iyul tarixlərində Gədəbəyin Düzyurd-Miskinli yaylağı ərazisində baş tutdu.

Üç gün ərzində geniş el şənliyi şəklində keçirilən “I Milli Yaylaq Festivalı”na 50000 nəfərdən çox yerli və xarici ziyarətçi qatılmışdı.

Milli Yaylaq FestivalıMilli Yaylaq FestivalıMilli Yaylaq FestivalıMilli Yaylaq FestivalıMilli Yaylaq FestivalıMilli Yaylaq FestivalıMilli Yaylaq FestivalıMilli Yaylaq FestivalıMilli Yaylaq FestivalıMilli Yaylaq FestivalıMilli Yaylaq FestivalıMilli Yaylaq FestivalıMilli Yaylaq FestivalıMilli Yaylaq FestivalıMilli Yaylaq FestivalıMilli Yaylaq FestivalıMilli Yaylaq FestivalıMilli Yaylaq FestivalıMilli Yaylaq FestivalıMilli Yaylaq FestivalıMilli Yaylaq FestivalıMilli Yaylaq FestivalıMilli Yaylaq FestivalıMilli Yaylaq FestivalıMilli Yaylaq FestivalıMilli Yaylaq FestivalıMilli Yaylaq FestivalıMilli Yaylaq FestivalıMilli Yaylaq FestivalıMilli Yaylaq FestivalıMilli Yaylaq FestivalıMilli Yaylaq FestivalıMilli Yaylaq FestivalıMilli Yaylaq FestivalıMilli Yaylaq FestivalıMilli Yaylaq FestivalıMilli Yaylaq FestivalıMilli Yaylaq FestivalıMilli Yaylaq FestivalıMilli Yaylaq FestivalıMilli Yaylaq FestivalıMilli Yaylaq FestivalıMilli Yaylaq FestivalıMilli Yaylaq FestivalıMilli Yaylaq FestivalıMilli Yaylaq FestivalıMilli Yaylaq FestivalıMilli Yaylaq FestivalıMilli Yaylaq FestivalıMilli Yaylaq FestivalıMilli Yaylaq FestivalıMilli Yaylaq FestivalıMilli Yaylaq FestivalıMilli Yaylaq FestivalıMilli Yaylaq FestivalıMilli Yaylaq FestivalıMilli Yaylaq FestivalıMilli Yaylaq FestivalıMilli Yaylaq FestivalıMilli Yaylaq FestivalıMilli Yaylaq FestivalıMilli Yaylaq FestivalıMilli Yaylaq FestivalıMilli Yaylaq FestivalıMilli Yaylaq FestivalıMilli Yaylaq FestivalıMilli Yaylaq FestivalıMilli Yaylaq FestivalıMilli Yaylaq FestivalıMilli Yaylaq FestivalıMilli Yaylaq FestivalıMilli Yaylaq FestivalıMilli Yaylaq FestivalıMilli Yaylaq FestivalıMilli Yaylaq FestivalıMilli Yaylaq FestivalıMilli Yaylaq FestivalıMilli Yaylaq FestivalıMilli Yaylaq FestivalıMilli Yaylaq FestivalıMilli Yaylaq FestivalıMilli Yaylaq FestivalıMilli Yaylaq FestivalıMilli Yaylaq FestivalıMilli Yaylaq FestivalıMilli Yaylaq FestivalıMilli Yaylaq FestivalıMilli Yaylaq FestivalıMilli Yaylaq FestivalıMilli Yaylaq Festivalı